Qubada dağlıq ərazidə yanğın başlayıb

24.08.2019 15:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Əlavə məlumat veriləcək.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR