Qəbələdə ev yanıb

24.08.2019 12:05

Qəbələ rayonunda ümumi sahəsi 156 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev və zirzəmiyə yığılan taxta materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, yaxınlıqdakı yaşayış evləri, fındıq bağları və meşə zolağı yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR