Yevlaxda tələbələrin olduğu mikroavtobus aşıb: 1 ölü, 9 yaralı var - FOTO

23.05.2019 09:03

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, iki yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






581 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR