Ağcabədidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb - FOTO

22.05.2019 13:30

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında mayın 21-də saat 22:00 radələrində Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirib.

AQTA-dan xezerxeber.az-a bildirilib ki, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Agentliyin əməkdaşları aşkarlanmış heyvan cəmdəyini müsadirə edrək götürüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdiriblər.
Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR