Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olunub

19.05.2019 13:23

Tərtər rayon Mədəniyyət Mərkəzində Qarabağ həqiqətlərindən bəhs edən, real hadisələr əsasında çəkilmiş "Son nəfəsədək” filmi nümayiş olunub.

Filmin nümayişində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra film nümayiş olunub.

Filmdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.

Tədbirdə çıxış edənlər vətənpərvərlik mövzusunda çəkilən filmin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, "Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur.

Ekran əsərində baş rollarda İlqar Cahangirov, Elşən Rüstəmov, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkiliblər. Filmin çəkilişi Füzuli rayonunda və Bakı şəhərində aparılıb.

© xezerxeber.az

FOTOQALERIYA






134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR