Goranboyda eyni yerdə iki yol qəzası olub

16.03.2019 13:36

Goranboyda eyni yerdə iki yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax avtomagitralının Goranboy rayonundan keçən hissəsində "VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb.

Nəticədə sürücü, Goranboy rayon Qızılhacılı kənd sakini, 55 yaşlı Məmmədov Rəfael Ələddin oğlu ölüb. İlkin müayinə zamanı sürücünün ürək tutmasından öldüyü məlum olub.

Həmin hadisənin ardınca eyni yerdə "Mercedes” və "Chevrolet” markalı maşınlar toqquşub. Zərbədən avtomobillərdən biri yol kənarındakı dəmir maneyə çırpılıb. Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Hər iki faktla bağlı araşdırma aparılır. (ONA)

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR