Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

16.02.2019 11:17

İsmayıllıda marşrut avtobusu piyadanı vurub.

Hadisə İsmayıllı rayonunun mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Bağıyeva Nərgiz Asif qızı rayonun Heydər Əliyev prospektindəki Uşaq Əyləncə Parkının qarşısında avtobusdan düşüb və yolu keçmək istəyərkən sürücü, 1987-ci il təvəllüdlü Babayev Anar Azər oğlu idarə etdiyi "SAZ" markalı 90-JN-759 dövlət nömrə nişanlı minik avtobusu digər sərnişini mindirmək üçün arxaya sürüb. Nəticədə N.Bağıyeva avtobusun altında qalaraq ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma)maddəsilə cinayət işi başlayıb. (Trend)

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR