Göyçayda ferma yanır

12.02.2019 11:31

Göyçay rayonunda ferma yanır.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, rayonun Şahsoltanlı kəndində fermada yanğın baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

© xezerxeber.az


450 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR