Şəmkirdə avtomobilini ağaca vuran sürücü və sərnişini ölüb

11.01.2019 16:20

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 10-da saat 17 radələrində Şəmkir rayonunun Yeniabad kəndi ərazisində rayon sakini Nüsrət Rzazadə idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişini Rauf İsaqov hadisə yerində ölüblər.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR