İmişlidə 76 yaşlı şəkər xəstəsi çarpayıdan yıxılıb ölüb

12.10.2018 09:04

İmişli rayonunda qadın evində yıxılaraq ölüb.

Trend-in məlumatına görə, İmişli rayon sakini, 1942-ci il təvəllüdlü Cabbarova Leyla Sərkər qızı yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. Yaxınları xəstəni İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

L.Cabbarova xəstəxanada dünyasını dəyişib.

Ailə üzvlərinin dediyinə görə, L. Cabbarova uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib və yataq xəstəsi olub.

Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.

© xezerxeber.az


227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR