Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun ərazisində ova cəhd edən şəxsi saxlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayonunun Ərəb kənd sakini Vasif Dövlətov olduğu müəyyənləşib. Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və o inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Ondan ov tüfəngi və patron götürülüb.