Xəzər Xəbər

Şəhid polkovnik Babək Səmidli dəfn olunub

Region | 12:05 • 24 Noyabr 2020
 Şəhid polkovnik Babək Səmidli dəfn olunub

Polkovnik Babək Səmidli dəfn olunub.


Xezerxeber.az-ın məlumatına görə, B. Səmidli doğulduğu Göyçay Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.


Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

Xəbər lenti