Xəzər Xəbər

Gədəbəydə ağır yol qəzası baş verib

Region | 16:22 • 21 May 2020
Gədəbəydə ağır yol qəzası baş verib

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi "NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi "Ford” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb.


Hadisə ilə bağlı Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti