Xəzər Xəbər

Tərtərdə yol polisi tərəfindən koronovirusla mübarizə ilə əlaqədar aksiya keçirilib

Region | 12:57 • 26 Mart 2020
Tərtərdə yol polisi tərəfindən koronovirusla mübarizə ilə əlaqədar aksiya keçirilib

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə maraqlı aksiya təşkil edilib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər. Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti