Xəzər Xəbər

Böyük Vətən müharibəsinin Ucardan olan 101 yaşlı sonuncu iştirakçısı vəfat edib

Region | 16:28 • 15 Yanvar 2020
 Böyük Vətən müharibəsinin Ucardan olan 101 yaşlı sonuncu iştirakçısı vəfat edib

Böyük Vətən müharibəsinin Ucardan olan sonuncu iştirakçısı dünyasını dəyişib.


Rayonun Lək kənd sakini, 101 yaşlı Xudu İbrahim oğlu Allahverdiyev bu gün vəfat edib. X.Allahverdiyev yaşadığı kənddə torpağa tapşırılıb. Dəfn mərasimində Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Qeyd edək ki. X. Allahverdiyev 1919-cu ildə dünyaya gəlib. O, 1940-ci ildə hərbi xidmətə yollanıb. Alman faşizmə qarşı döyüşlərin iştirakçısı olub və 1946-cı ildə Azərbaycana qayıdıb. X. İbrahimov döyüşlərdə bir neçə dəfə yaralanıb və iki dəfə İgidliyə görə medalı ilə təltif edilib.


X. Allahverdiyev Stalinin şəxsi imzası ilə təşəkkürnamə alıb. (APA)

Xəbər lenti