Xəzər Xəbər

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib - TƏFƏRRÜAT

Region | 10:30 • 16 Noyabr 2019
Gəncədə qadın əri tərəfindən qətlə yetirilib -

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.


Dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanın yaşadığı mənzilinin yataq otağının pəncərəsindən daxil olaraq qadının ondan boşanmaq istəməsi səbəbindən üstündə gətirdiyi bıçaqla 8 zərbə vurub. Qadın Gəncə şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. (APA)

Xəbər lenti