Xəzər Xəbər

Şəkidə avtomobil aşıb, ölən var

Region | 11:26 • 11 Noyabr 2019
Şəkidə avtomobil aşıb, ölən var

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi "Opel” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Xəbər lenti