Xəzər Xəbər

Şəkidə kollec tələbəsi atraksiondan yıxılıb

Region | 14:07 • 16 Sentyabr 2019
Şəkidə kollec tələbəsi atraksiondan yıxılıb

Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.


Hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib.


2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır.


X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti