Xəzər Xəbər

İsmayıllıda qəza baş verib, 5 nəfər xəstəxanaya aparılıb

Region | 10:22 • 17 İyul 2019
İsmayıllıda qəza baş verib, 5 nəfər xəstəxanaya aparılıb

İyulun 16-da axşam saat 20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 21-ci kilometrliyində, Zərgəran kəndi ərazisində yol qəzası baş verib.


Şəki şəhər sakini 1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Polad oğlunun idarə etdiyi "VAZ 2107” markalı avtomobil ilə Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Fətəliyev Ziya Hidayət oğlunun idarə etdiyi "Hyundai” markalı avtomobil toqquşub. Zərbənin gücündən "Hyundai” yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfəri ilkin tibbi müayinə və yardımdan sonra axşam evə buraxılıb. 2 nəfər isə bu gün səhər xəstəxanadan çıxıb.


Qəzanın baş vermə səbəbləri araşdırılır. (AZƏRTAC)

Xəbər lenti