Xəzər Xəbər

Masallı ərazisində zəlzələ baş verib

Region | 08:52 • 22 May 2019
Masallı ərazisində zəlzələ baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, mayın 21-də yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a bildirilib ki, ocağı 21 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbər lenti