Xəzər Xəbər

Xızıda ikimərtəbəli ev yanıb

Region | 11:05 • 21 May 2019
Xızıda ikimərtəbəli ev yanıb

Xızı rayonunda güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə rayonun Altıağac kəndində ümumi sahəsi 150 kvadratmetr olan taxta konstruksiyalardan ibarət evdə qeydə alınıb. Nəticədə ikimərtəbəli beşotaqlı ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti