Xəzər Xəbər

Xocavənd rayonunda tank əleyhinə iki mina aşkarlanıb - FOTO

Region | 16:34 • 16 May 2019
Xocavənd rayonunda tank əleyhinə iki mina aşkarlanıb -

Mayın 16-da saat 11:48-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Ağburun adlanan ərazisində iki minanın tapılması barədə məlumat daxil olub.


ANAMA-dan xezerxeber.az-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə iki ədəd TM-57 minası aşkarlanıb. Aşkarlanmış minaların üzərində partladıcısı olduğuna görə onlar mayın 16-da yerində zərərsizləşdirilib.


Minaların ətrafında 210 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti