Xəzər Xəbər

Zaqatalada avtomobili ağaca vuran sürücü öldü

Region | 17:05 • 15 Aprel 2019
Zaqatalada avtomobili ağaca vuran sürücü öldü

Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 13-də saat 3 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Ramil Mehdiyev idarə etdiyi "VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti