Xəzər Xəbər

Lənkəran sakinindən 5 kiloqrama yaxın marixuana götürülüb

Region | 11:58 • 12 Fevral 2019
Lənkəran sakinindən 5 kiloqrama yaxın marixuana götürülüb

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 10 qramdan çox marixuana aşkarlanıb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkarlanaraq götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti