Xəzər Xəbər

Şirvanda evin çardağı çöküb, xəsarət alan var

Region | 18:13 • 13 Yanvar 2018
Şirvanda evin çardağı çöküb, xəsarət alan var

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti