Xəzər Xəbər

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində

Mədəniyyət | 10:44 • 14 Yanvar 2017
“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsrərini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşasında yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapacaq.

Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. 50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.

Bir aya yaxındır məşqləri gedən tamaşa yanvarın 19-u və 20-si Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək.

Xəbər lenti