Xəzər Xəbər

“Qarabağ: tarixi və mədəni irsi” mövzusunda konfrans keçirilir

Mədəniyyət | 11:28 • 10 Noyabr 2016
“Qarabağ: tarixi və mədəni irsi” mövzusunda konfrans keçirilir

Noyabrın 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Qarabağ: tarixi və mədəni irsi” mövzusunda elmi konfrans işə başlayıb.

"Xəzər Xəbər" məlumat verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən söz açıb.

Nazir deyib ki, Azərbaycana qarşı aparılan təcavüzü tək torpaqların itirilməsi ilə hiss etmirik. Bu təcavüzün hər gün beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik. Müəyyən təzyiqlərlə bunun qarşısını almağa çalışırıq. Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətin bir çoxunun UNESCO siyahısına daxil olmasına nail olub. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz barədə məlumat verib.

İRSİKA-nın baş direktoru Halit Eren Qarabağ mövzusunun rəhbərlik etdiyi qurumun proqramına salındığını və gündəmdə olduğunu söyləyib.

İki gün davam edəcək konfransda müxtəlif mövzularda sessiya və müzakirələr aparılacaq.

Xəbər lenti