Xəzər Xəbər

Nəsibə Zeynalovanın yubileyi ilə bağlı filmlər nümayişi olacaq

Mədəniyyət | 17:41 • 22 Noyabr 2016
Nəsibə Zeynalovanın yubileyi ilə bağlı filmlər nümayişi olacaq

Azərbaycanın xalq artisti, mərhum Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar Nizami Kino Mərkəzində filmlərin nümayişi keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, həftə ərzində - noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, noyabrın 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, noyabrın 25-də “Qanun naminə” bədii filmləri və noyabrın 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və qonaqlara təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir. 

Xəbər lenti