Xəzər Xəbər

Azərbaycanlı rejissorun filmi ABŞ-da birinci yerə layiq görülüb

Mədəniyyət | 17:30 • 28 Noyabr 2016
Azərbaycanlı rejissorun filmi ABŞ-da birinci yerə layiq görülüb

ABŞ-ın Viskonsin ştatında “Weyauwega Internatonial” müəllif filmləri festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda 18 ölkədən 50 film nümayiş olunub. Azərbaycanı festivalda Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” (“The last Jew in the village”) filmi təmsil edib.

Film “Ən yaxşı qısametrajlı sənədli film” (“Best short documentary film”) nominasiyasında münsiflərin və izləyicilərin rəğbətini qazanıb, birinci yerə layiq görülüb.

Xəbər lenti