Xəzər Xəbər

Gecə vaxtı imtahana hazırlaşmaq faydasızdır

Mədəniyyət | 20:25 • 23 Aprel 2015
Gecə vaxtı imtahana hazırlaşmaq faydasızdır
Alimlər yuxu, yaddaş və tədris prosesi arasında dəqiq qarşılıqlı əlaqənin olduğunu çoxdan müəyyən ediblər.

 

Məlumdur ki, insanın yaddaşı yuxu çatışmazlığı səbəbindən çox əziyyət çəkir, çünki informasiyanın qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülməsinə məhz yuxu təsir edir.

 

Alimlər yaddaşın möhkəmləndirilməsinin araşdırılmasına yönəldilmiş tədqiqat keçiriblər. Tədqiqatı drozofill milçəkləri üzərində aparıblar.

 

Alimlər müəyyən ediblər ki, informasiyanın qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa köçürülməsinə cavabdeh olan neyronlar yuxu zamanı fəallaşıb, oyaq olan vaxt isə onlar öz fəaliyyətini dayandırıb.

 

Beləliklə, alimlər bu nəticəyə gəliblər ki, informasiya yuxu olmadan tam ölçüdə mənimsənilə bilməz və yaddasaxlama qısamüddətli olur.

 

İnsanda xatırlama prosesi hippokamp- yaddaş mərkəzinin yerləşdiyi baş beyin nahiyəsilə tənzimlənir. Məlum olub ki, hippokamp həmçinin yuxu və oyaqqalma proseslərinə də nəzarət edir.

Xəbər lenti