Xəzər Xəbər

Körpəyə su nə vaxtdan verilməlidir?

Mədəniyyət | 11:24 • 24 Aprel 2015
Körpəyə su nə vaxtdan verilməlidir?

Yeyilən əlavə qidaların miqdarı artdıqca uşağın suya ehtiyacı da artır.

Su bədənin fəaliyyətində həyati əhəmiyyət daşıyır. Körpənin su da daxil olmaqla bütün ehtiyacları ilk 6 ay ana südü ilə qarşılanır. Uşağın ana südü qəbul etmədiyi hallarda isə əlavə su verilməsi lazım olur.

 

Körpəyə nə vaxtdan su vermək olar?

 

Körpəyə əlavə qida verildiyi gündən su da verilməlidir. Yeyilən əlavə qidaların miqdarı artdıqca, qatılığı çoxaldıqca körpənin suya olan ehtiyacı da çoxalır.

 

Körpəyə verilən su necə olmalıdır?

 

İstifadə edilən suyun təmizliyi və elektrolit yükü əhəmiyyətlidir. Suyun təmiz və mikrobsuz olduğundan əmin olmaq lazımdır. Körpələrin böyrək funksiyaları hələ tam formalaşmadığından elə ilk 6 ayda da qidasının hazırlanmasında istifadə edilən suyun daha az sodiumlu olmasına və mineral su verilməsinə diqqət etmək lazımdır. Suyun qoxu və dadı neytral olmalıdır. Günəşdə qalmaması da çox vacibdir.

 

Körpənin suya ehtiyacı nə qədərdir?

 

Vaxtında doğulmuş körpənin bədəninin 70%-i, erkən doğulmuşların 80%-i sudan ibarətdir. Su ehtiyacı yaşa görə dəyişir, hər kiloqrama 100-150 ml arasındadır.

Körpənin yetərincə su qəbul etdiyini sidiyindən anlaya bilərsiz. Gündə 5-6 pampers islatması, 2 yaşdan sonra gündə 4-5 dəfə sidiyə getməsi normal su qəbul etdiyini göstərir.

 

Körpənin sidik rənginin tündləşməsi, az sidiyə getməsi və pampersdəki az nəmlikdən su itkisinin olduğunu, susuzluğunu anlaya bilərsiz.

 

Uşaq tez-tez, sulu nəcis ifraz edirsə, qusma, qızdırma, soyuqdəymə, qrip, infeksion xəstəlik keçirirsə çoxlu su verin.

 

İlk 6 ayda uşağın ağzının içində yaranan göbələk, əmizdirdikdən sonra anaların körpənin ağzının içində qalan südü su il təmizləməsindən yaranır. Halbuki, ana südü ağız içində qoruyucu təbəqə formalaşdıraraq infeksiyalardan qoruyur. Su ilə təmizləyəndə uşaq bədəni infeksiyalara qarşı müdafiəsiz qalır.

 

Ana südü ilə qidalanmayan körpələr üçün yemək hazırlayarkən suyu 10 dəqiqə qaynadıb soyutmaq lazımdır.

lent.az

Xəbər lenti