Xəzər Xəbər

Facebook və Twitter boşanmalara səbəb olur - Araşdırma

Mədəniyyət | 15:05 • 30 Aprel 2015
Facebook və Twitter boşanmalara səbəb olur - Araşdırma

Bu iddia “Slater and Gordon” hüquq firmasının araşdırmasından sonra səslənib.

Hüquqşünasların fikrincə, sosial şəbəkələr boşanmaların sayını xeyli artırıb.

Respondentlərin çoxu hesab edir ki, onların ərləri və yaxud arvadları şəbəkələrdə yeni insanlarla tanış olurlar. Bu da ikinci tərəfin xoşan gəlmir və nəticədə ailədə münaqişə yaranır.

Araşdırmalar göstərir ki, Facebook və Twitter-lə yanaşı Skype, Snapchat, WhatsApp və digər şəbəkələr də boşanmalarda əsas rol oynayır.

“5 il öncə boşananlardan kimsə Facebook-u günahlandırmırdı, indisə əksinə hamı bu şəbəkənin adını çəkir”, - deyə “Slater and Gordon” firmasının rəsmisi Endryu Nyubern bildirib.

aznews.az

Xəbər lenti