Xəzər Xəbər

Uşağınızın gözü zəifləməsin deyə... - Valideynlərə məsləhət

Mədəniyyət | 17:12 • 8 May 2015
Uşağınızın gözü zəifləməsin deyə... - Valideynlərə məsləhət
 
Hər birimiz bilirik ki, kitaba, televizor və ya kompüter ekranına uzun müddət baxmaq gözləri zəiflədir.

 

Ağaclara dırmaşmaq və bayırda oynamaqla keçirilən saatlar hər birimizin uşaqlığının bir parçasıdır. Ancaq müasir dövrün uşaqları daha çox qapalı yerlərdə vaxt keçirməyə üstünlük verir və bu da onların gözlərini zəiflədir.

 

Araşdırmaçılar uşaqlarda göz zəifləməsinin kitab oxumaq, televizor, kompüterə baxmaq kimi fəaliyyətlərin qapalı şəraitdə baş verməsindən dolayı yaşandığını iddia edir. Araşdırma zamanı açıq havada 40 dəqiqə keçirən uşaqlarda miopiya (yaxıngörmə) səviyyəsində 23 % azalma görüldüyü müşahidə edilib.

 

40 dəqiqə qəbul ediləcək ekstra təbii işıq yarana biləcək bu problemlərin riskini azalda bilər.

 

Çində artıq bununla bağlı tədbirlərə başlanıb. Uşaqlar divarları yarımşəffaf şüşələrdən hazırlanmış məktəblərə göndərilir.

 

Xəbər lenti