Xəzər Xəbər

Azərbaycanlı bəstəkarın əsəri birinci yerə layiq görülüb

Mədəniyyət | 16:57 • 8 Dekabr 2016
Azərbaycanlı bəstəkarın əsəri birinci yerə layiq görülüb

Dekabrın 8-də Sankt-Peterburq şəhərində beynəlxalq “Nevskoe Siyanie” müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı bəstəkar Tural Məmmədlinin fortepiano üçün yazdığı “Sükutun səsi” adlı musiqi əsəri müsabiqədə birinci yerə layiq görülüb.

Sözügedən müsabiqədə birincilik uğurunda Azərbaycanla yanaşı, Rusiya, Finlandiya, Hindistan, Yaponiya, Tacikistan, Başqırdıstan və digər ölkələrdən olan iştirakçılar mübarizə aparıb.

Müsabiqəyə 9 ölkədən 55 iştirakçı qatılıb.

Xəbər lenti