Xəzər Xəbər

Həkimlər: Müsli sağlamlıq üçün zərərlidir

Mədəniyyət | 15:29 • 30 İyun 2015
Həkimlər: Müsli sağlamlıq üçün zərərlidir

Müsli diş minasını dağıda bilər. Xüsusilə onlar portağal şirəsi ilə birləşəndə təsiri daha ağır olur.

Bunu avstraliyalı mütəxəssislər müəyyən ediblər. Onların fikrincə, gündəlik portağal şirəsi ilə müslidən səhər yeməyi dişlərin sağlamlığına ciddi ziyan vura bilər. Unutmaq olmaz ki, böyüklərə nisbətən uşaqlarda dişlərin mina qatı daha zərif olur. Ona görə də belə səhər yeməkləri uşaqlara daha zərərlidir.

İngilis həkimləri isə sübut ediblər ki, sevə-sevə içdiyimiz portağal şirəsi dişləri dağıdır. Bunun səbəbi içkinın tərkibindəki turşularla bağlıdır. Belə ki, portağal şirəsi diş minasının davamlılığını 84 faiz azaldır.

Xəbər lenti