Xəzər Xəbər

İsti hava beyin qanaması riskini artır...

Mədəniyyət | 12:14 • 9 İyul 2015
İsti hava beyin qanaması riskini artır...

Yayda meydana gələn tərləmə və su itkisi, mühitdə artmış olan nəm nisbəti ilə birləşəndə, bədəndə ifraz olunan bəzi hormonlar, təzyiqdə düşmə və yüksəlməyə səbəb olur. 

Təzyiqin oynamalar əsnasında, maye itkisinə səbəb olur və damarlar içərisindəki qan azalmağa başlayır. Bunun nəticəsində isə tıxanması yaranır. Əgər bu vəziyyət beyində reallaşarsa, beyin qanaması, iflic və ya ürək damarlarında tıxanma ilə nəticələnə bilər.

Beyin qanamalarına qarşı lazım olan tədbirlər

Artıq çəkidən xilas olun.

Nizamlı şəkildə idman edin.

Stressdən mümkün qədər uzaq durun.

Siqareti tərgidin.

Təzyiq və ürək dərmanlarınızı vaxtında və tam qəbul edin.

11:00-16:00 saatları arasında məcbur qalmadıqca günəşə çıxmayın.

Bol maye qəbul edin, sulu meyvələr yeyin və gündə 2 ədədən artıq olmamaq şərtilə təbii mineral su için.

Xəbər lenti