Xəzər Xəbər

Körpələrə günəş kremi çəkməyin – Valideynlərə xəbərdarlıq!

Mədəniyyət | 17:01 • 28 İyul 2015
Körpələrə günəş kremi çəkməyin – Valideynlərə xəbərdarlıq!

İnsanlar günəşdən qorunmaq üçün müxtəlif kremlərdən istifadə edirlər. Körpələrimizə də günəşin şüalarından qorumaq üçün kremlər çəkirik. Ancaq bunun körpəyə ziyanı olub-olmadığını bilmirik.

 

 

Mütəxəssislər allergik təsirləri ola biləcəyi üçün 6 aydan kiçik uşaqlara günəş kremlərini çəkməyi məsləhət görmür. Çünki günəş kremlərinin uşaqlara necə təsir göstərdiyi hələ araşdırılmayıb. 

 

 

Dəri sadəcə daxili orqanlarımızı qorumur, eyni zamanda D vitamini sintez edir. 

Günəş şüalarından qorunmaq üçün 1 yaşından sonra kremlərdən istifadə edə bilərsiniz. Uşaqlar üçün kremlər ən az 30 faktorlu olmalıdır. Bu kremlər ehtiyac olduqda gündə ən az 3-4 dəfə və dənizdən hər çıxdıqda çəkilməlidir. Eyni zamanda papaqlardan, çətirlərdən istifadə önəmlidir. Bundan əlavə uşaqlar saat 10:00 ilə 15:00 arası günəş şüalarından uzaq durmalıdırlar.

lent.az

Xəbər lenti