Xəzər Xəbər

Bil Qeyts 2016-cı ilin ən yaxşı kitablarını açıqlayıb

Mədəniyyət | 12:36 • 12 Dekabr 2016
Bil Qeyts 2016-cı ilin ən yaxşı kitablarını açıqlayıb

Milyarder və “Microsoft” şirkətinin keçmiş sahibi Bill Qeyts 2016-cı ilin ən yaxşı beş kitabının adını açıqladı.

Milyarder qeyd edib ki, bütün kitablar yaxşı yazılıb: “Onlar sanki məni udurdu, dovşan yuvası kimi gözlənilməz həzz və dərin fikirlərlə doludur”

Siyahı amerika esseisti və yazıçısı Devid Foster Uollesın “Sim nəzəriyyəsi” adlı kitabı ilə başlayır.

“Müəllif qələmdən Rodcer Federerin tennis raketindən istifadə etdiyi kimi məharətcəsinə istifadə edir”

O, həmçinin Amerikalı iş adamı və “Nike” firmasının yaradıcısı Fil Naytın kitabını da qeyd edib. Kitab müəllifin xatirələrindən bəhs edir.

“Bu kitabda Nayt hər iş adamının cürət edib yazmadıqlarını yazıb. O, biznesin bir çox sirli tərəflərini bölüşüb. Fikrimcə, o, oxucuya nəyisə öyrətmək istəyir. Hekayəni bacardığı qədər səmimi izah edir. Çox möhtəşəm kitabdır”

Siyahını daha sonra Siddharthi Mukherdcinin “Genlər” kitabı ilə davam etdirir.

“Yazıçı son kitabında genetika sahəsində son illərdə baş vermiş inkişafdan danışaraq bizi keçmişə, indiyə və gələcəyə aparır. Kitab bu sahədə professional olmayanlar üçün yazılıb”.

Oksford universitetinin müəllimi Arçi Braun 2014-cü ildə yazdığı “Güclü lider haqqında mif” kitabında liderlərin xüsusiyyətləri haqqında yazıb. Bu kitab milyarderin fikrincə ABŞ seçkilərində çox aktual ola bilərdi.

“Braun düşünür ki, tarixə və insanlığa böyük töhfə vermiş liderlər əslində göründükləri kimi gücü deyil. Və dünya başa düşməlidir ki, bir insan bütün sualların cavabını verə bilməz”

Son olaraq Qeyts Qrethen Bakkenin “Xatırlanmaya layiq: Şəbəkə” kitabının adını çəkir.

“ Siz əgər heç vaxt enerjinin bizim evimizə necə girməsini düşünməmisinizsə, düşünürəm ki bu kitab işığın mühəndis möcüzələrindən biri olduğuna sizi əmin edəcək”. (publika.az)

Xəbər lenti