Xəzər Xəbər

Hamilələr bu xəbəri mütləq oxusun!

Mədəniyyət | 15:12 • 29 Avqust 2015
Hamilələr bu xəbəri mütləq oxusun!

Hamiləlik qadın həyatında mühüm və məsul mərhələdir. Yuta Universitetinin (ABŞ) mütəxəssisləri 19.000 min qadın arasında sorğu apararaq, onların hamiləlik dövründə qida rasionunu təhlil ediblər.

Araşdırma nəticəsində məlum olub ki, hamiləlik dövründə düzgün qidalanan analar onların uşaqlarında ürək xəstəlikləri yaranması riskini azaldırlar.

Araşdırmada iştirak edən qadınların yarısının uşaqları sağlam doğulub, qalan qadınların dünyaya gətirdiyi körpələrdə isə ürək-damar sisteminin müxtəlif anomaliyaları aşkar edilib. Amerikalı tədqiqatçılar bu qənaətə gəliblər ki, hamiləlik dövründə ananın düzgün qidalanması və qida rasionuna multivitaminlər əlavə edilməsi körpələrdə ürək anomaliyaları riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla bərabər, qidanın kalorililik dərəcəsini də unutmaq olmaz.

Alimlər qadınların bətnində uşaq olduğu dövrdə allergen məhsullardan imtina etmələrini məsləhət görürlər. Qida rasionu ananın tələbatı nəzərə alınmaqla tarazlaşdırılmalıdır.

Xəbər lenti