Xəzər Xəbər

Həkimlər: Yuxusuzluq irsən keçir

Mədəniyyət | 13:25 • 17 Sentyabr 2015
Həkimlər: Yuxusuzluq irsən keçir

Tədqiqatçılar müəyyən ediblər ki, insanlarda yuxusuzluğun yaranmasında genetik amillər böyük rol oynayır.

Tədqiqatın nəticələri “Sleep” jurnalında dərc olunub.

Statistikaya görə, Yer kürəsi əhalisinin təqribən 30-35 faizi bu və ya digər şəkildə yuxusuzluqdan əziyyət çəkir. Xroniki yuxusuzluq, yəni üç ay ərzində həftədə ən azı üç dəfə yuxunun pozulması yaşlı əhalinin 10 faizini əhatə edir. Bu hal qadınlarda daha çox müşahidə olunur.

Tədqiqatda iştirak edən 7,5 min insan alimlərin suallarını cavablandırıb. Eyni zamanda, onların genetikası təhlil edilib. Məlum olub ki, yuxusuzluq qadınların 59 faizində, kişilərin isə 38 faizində irsən keçir.

Xəbər lenti