Xəzər Xəbər

Qorxulu yuxulardan qorxmayın!

Mədəniyyət | 17:49 • 25 Sentyabr 2015
Qorxulu yuxulardan qorxmayın!

Bəzən yuxuda nədənsə qaçırıq və ya qorxunc bir məxluqla üzləşirik. Gözümüzü açıb ürək döyüntülərimizi eşidəndə kabus gördüyümüzü başa düşürük. Əlbəttə, həmin an bu, bizə pis təsir edir. Ancaq, görünür, belə yuxular zehnimizin yenilənməsinə kömək edir.

”Nyu-York maqazin”də  yayımlanan “pis yuxuların yaxşı tərəfi” adlı araşdırmanın nəticəsində aydın olub ki, qorxulu yuxular gün ərzində keçirdiyimiz stress və narahatlıqlardan xilas olmağımıza kömək edir.

Psixoloqlar hesab edirlər ki, beynimizi məşğul edən problemlərdən xilas olmağın yeganə yolu budur.

Beynimiz mənfi emosiyaları kabusa çevirir və bir anlıq qorxu ilə ondan xilas olmağa xidmət edir. Ona görə də tez-tez fərqli kabuslar görən şəxslərin də bununla bağlı narahat olmaması tövsiyə olunur.

Xəbər lenti