Xəzər Xəbər

Azərbaycanda qrip epidemiyası varmı - RƏSMİ AÇIQLAMA

Mədəniyyət | 14:57 • 30 Sentyabr 2015
Azərbaycanda qrip epidemiyası varmı - RƏSMİ AÇIQLAMA
“Azərbaycanda qripin epidemiya halı alması üçün heç bir əsas yoxdur. Sadəcə olaraq tək-tək xəstələnmə halları müşahidə olunur. Bu da mütləq olan bir şeydir. Qripin epidemiya şəklində yayılması halı yoxdur”. Bunu Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib.

 

O, bildirib ki, orqanizmin həssaslığından asılı olaraq ilin bütün fəsillərində qriplə xəstələnmə müşahidə olunur: “Bu da növbəti hallardan biridir”.

 

İ. Ağayevin sözlərinə görə, payız fəslinin gəlişi, havanın temperaturunun bir qədər enməsi nəticəsində qrip xəstəliyində mövsümilik var: “Əhalinin tibbi qanunlara azacıq riayət etməməsi səbəbindən xəstələrin sayı artır. İstər paytaxtda, istərsə də regionlarda insanlar yaydan payıza keçid mövsümündə əyinlərinə, başlarına yaxud da havanın temperaturunun aşağı düşməsinə fikir vermirlər və nəticədə qripə yoluxurlar”.

 

Baş epidemioloq qeyd edib ki, səhiyyə orqanlarına müraciət edən hər bir şəxs xüsusi nəzarətə götürülür və lazımi tədbir görülür./apa

 

Xəbər lenti