Xəzər Xəbər

Geyimlər sağlamlıq üçün təhlükəli ola bilər

Mədəniyyət | 16:00 • 26 Oktyabr 2015
Geyimlər sağlamlıq üçün təhlükəli ola bilər

Gündəlik geyimlərin toxumalarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələr gizlənib.

İsveç alimləri 60 ədəd müxtəlif növ parçanı testdən keçirdikdən sonra bu qənaətə gəliblər. Tədqiqat üçün toxuculuq sənayesində istifadə olunan parçalar seçilib. Təhlillər nəticəsində məlum olub ki, parçalarda mindən çox kimyəvi maddə var.

Bu maddələrin təsiri insanlarda dəri xəstəliklərinin, eləcə də allergiyaların yaranması riskini artırır. Hətta paltarların yuyulması belə insanlara həmin maddələrin zərərli təsirlərindən yaxa qurtarmağa kömək etmir.

Alimlər kimyəvi maddələrin insan orqanizminə mənfi təsirinin qarşısını almaq məqsədilə tədqiqatları davam etdirmək niyyətindədirlər.

Xəbər lenti