Xəzər Xəbər

Evdə saxladığınız çiçəklər sizi zəhərləyə bilər – TƏHLÜKƏ

Mədəniyyət | 17:56 • 26 Oktyabr 2015
Evdə saxladığınız çiçəklər sizi zəhərləyə bilər – TƏHLÜKƏ

Evlərdə bəzək məqsədi ilə yetişdirilən bəzi çiçəklərin zəhərli olması faktı dəqiqləşdirilib. Xüsusən də uşaqlı ailələrin bu mövzuda diqqətli olması lazımdır.

 Xezerxeber.comxəbər verir ki, lent.az vətəndaşları diqqətli olmağa çağırır.

İlk növbədə yataq otağında bitki və ya çiçək qoyulması məsləhət görülmür. Evlərdə və ya iş yerlərində daha çox dekorativ məqsədlə istifadə edilən bəzək bitkiləri və ya dibçək gülləri göründüyü qədər məsum deyil. Mütəxəssislər bildirilər ki, evlərdə yetişdirilən bəzək bitkilərinin hamısı zəhərlidir, bunların tərkibində olan alkaloit (azotlu maddələr), qlikozit, safonin və tanen maddələrinin insan sağlamlığına mənfi təsirləri var. Çiçəklərin tərkibində olan bu maddələr onların daha uzun ömürlü və cazibəli forma almasını təmin edir. Bunlar isə insanlarda müxtəlif narahatlıqlar və zəhərlənmələrə səbəb olur.

Bu bitkilərin çoxunun yarpaq və ya meyvələrini yeyən zaman qusma, ürək bulanması, dildə şişmələr, köp kimi bir çox narahatlıqlar yaranır. Bunlar xüsusən də kiçik yaşlı uşaqlar üçün təhlükəlidir. Çünki kiçik yaşlı uşaqlar bunların təhlükəli olduğunu bilmirlər, bitkilərin müxtəlif yerlərinə əllə toxunurlar, ya da yarpaqları və çiçəkləri çox cazibəli rənglərə malik olduğu üçün qoparıb yeyə bilərlər. Bu da uşaqların dərilərində qıcıqlanmaya, ya da yuxarıda sadaladığımız əlamətlərə, müxtəlif zəhərlənmələrə səbəb ola bilər. Xəstəxanalarda bir çox belə şikayətlərə rast gəlmək mümkündür. Xüsusən də evlərdə ən çox olan nərgiz, divar sarmaşıqları və s. kimi bir çox dibçək güllərinin zəhərli ola biləcəyinə diqqət etmək lazımdır.


Yataq otağına çiçək qoymayın

Mütəxəssislər yataq otağına çiçək qoymağı qəti qadağan edir. İnsanlar oksigeni alır, karbonu verir. Bitkilər isə gündüz karbonu alır, oksigeni verir, gecələr isə əksini edir. Buna görə də insanlara mənfi təsirləri var. Sadəcə bu mənfi xüsusiyyətinə görə deyil, bir çox bitkilər buxarlanma vasitəsilə də yarpaqlarından gözlə görülməyən maddələr ifraz edir ki, bu da insan sağlamlığın zərər verir.


Düzgün formada istifadə edin

Bu zərərli maddələr əslində bitkilərin qorunma mexanizminə xidmət edir. Tibb və kosmetik sənaye başda olmaqla bu kimyəvi maddələrdən gündəlik həyatımızda istifadə edirik. Bunların zərərli tərəfləri olduğu kimi yararlı tərəfləri də var. Biz bu zərərli bitkilərin xeyirli tərəflərindən də faydalanırıq. Misal üçün, ətirlərindən. Ya da ən sadə misal, evdə bu bitkilər sayəsində milçək və ağcaqanadlardan can qurtarırıq. Evdə dibçək güllərindən düzgün istifadə etsək, yararları da var. Doğru olanı düzgün yerdə və düzgün zamanda istifadə etməkdir.

Xəbər lenti