Xəzər Xəbər

Hepatit C virusunu məhv edən dərman kəşf edildi

Mədəniyyət | 19:03 • 2 Noyabr 2015
Hepatit C virusunu məhv edən dərman kəşf edildi
Çin və Amerika alimləri qəbul edildikdən üç həftə sonra insanın qaraciyərindən və bütün orqanlarından Hepatit C virusunun bütün izlərini məhv etməyə imkan verən dərman kəşf ediblər. Bu barədə RİA Novosti "Hepatology" jurnalına istinadən məlumat yayıb.

 

Hepatit C qaraciyəri zədələyən, nəticədə serroza və ölümə gətirib çıxaran virus xəstəliyidir.

 

Bu xəstəlik müalicə ediləndir, amma qəbul edilən dərmanlar hamıya eyni təsir göstərmir, əks təsir də göstərə bilir və təxminən fasiləsiz qəbul tələb edir, amma heç də hər zaman işə yaramırlar.

 

Honkonqda (Çin) Qaraciyər Mərkəzindən Corc Lau və onun həmkarları bu problemin potensial həllini tapıblar, onların Hepatit əleyhinə bir neçə dərmanın qarışığından əldə etdikləri preparat insan orqanizmini üç həftə ərzində virusun bütün izlərindən təmizləyir.    

 

Alimlərin sözlərinə görə, dərmanın hər bir komponenti zədələnmiş qaraciyərin hüceyrələrində müxtəlif zülallara və virus hissələrinin "toplama konveyeri"nin elementlərinə hücum edir, Hepatit virusuna özünün surətlərini toplamağa mane olur.

 

Bu preparatın işi Hepatit C-yə yoluxmuş 18 könüllüdən ibarət qrupda yoxlanılıb, onların hər biri üç həftə sonra xəstəlikdən müalicə edilib, 12 həftədən sonra isə virusun izlərindən tamamən azad olublar.

 

Alimlərin sözlərinə görə, əks təsir, ya ümumiyyətlə olmayıb, ya da minimal olub.

 

Yaxın günlərdə Lau və onun həmkarları bu dərmanın geniş kliniki sınaqlarına başlamağa ümid edirlər. Bu sınaqlar cari metodikanın daha təhlükəli virus növləri üzərində və daha zəif insan orqanizmlərində nə dərəcədə səmərəli və praktikada təhlükəsiz olduğunu göstərəcək. 

Xəbər lenti