Xəzər Xəbər

Tahir Salahovun əsəri Londonda hərraca çıxarılacaq

Mədəniyyət | 12:36 • 11 Noyabr 2015
Tahir Salahovun əsəri Londonda hərraca çıxarılacaq

Dekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hərracın əsas lotları arasında Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun “Aydan” əsəri də yer alıb.

Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.

“Sothebys” hərrac evinin rəsmi məlumatında bildirilir ki, “Aydan” sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur: “Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibəti ilə çəkib. “Aydan” əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb”. 

 

Xəbər lenti