Xəzər Xəbər

Tanınmış bəstəkar ailə fotoşəkillərini hədiyyə etdi

Mədəniyyət | 17:20 • 12 Noyabr 2015
Tanınmış bəstəkar ailə fotoşəkillərini hədiyyə etdi

Tanınmış bəstəkar Eldar Mansurov ailə arxivində olan fotoşəkillərin elektron variantını və bu yaxınlarda çap etdirdiyi “Mansurovlar” kitabının nüsxəsini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edib.

İnstitutdan "Xəzər Xəbər"ə  bildiriblər ki, E.Mansurovun təqdim etdiyi fotolar toplusunda Mansurovlar nəslinin taixinə dair 81 şəkil var. Bəstəkar ailə arxivində saxlanılan digər fotoşəkil və sənədlərin surətlərini də Əlyazmalar İnstitutuna təqdim edəcəyinə söz verib.

Xəbər lenti