Xəzər Xəbər

Məişət zorakılığına həsr edilən beynəlxalq konfrans keçirilir

Mədəniyyət | 11:23 • 13 Noyabr 2015
Məişət zorakılığına həsr edilən beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans başlayıb.

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən təşkil olunub.

Konfransda məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə məişət zorakılığın qarşısının alınması, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzularda çıxışlar ediləcək və müzakirələr aparılacaq.

Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Karl Kulessa, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Heimo Laakkonen və BMT-nin Azərbaycandakı rezident-koordinatoru Antonius Bruk və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.

Konfransda Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçin Əfəndiyev, BMT-nin Əhali Fondunun icraçı direktorunun, BMT-nin Baş Katibinin müavini Babatunde Osotimehinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışları nəzərdə tutulub.

Xəbər lenti