Xəzər Xəbər

BMT rəsmisi: Azərbaycanda görülən işləri təqdirəlayiq hesab edirik

Mədəniyyət | 12:16 • 13 Noyabr 2015
BMT rəsmisi: Azərbaycanda görülən işləri təqdirəlayiq hesab edirik

"Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində bütün istiqamətlər üzrə qanunvericiliyin qurulması, qadınlar üçün nikah yaşının 18-ə qaldırılması çox təqdirəlayiqdir. Bu özü də dövlətin qadın siyasəti sahəsində məqsədlərinə və hədəflərinə nail olmasına tam imkan verir".

Bu fikirləri BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT Baş katibinin müavini Babatunde Osotimehin məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

B.Osotimehin qeyd edib ki, Azərbaycanda məişət zorakılığına qarşı tam mübarizə aparmaq mümkündür və buna nail olunacaq.

BMT rəsmisi əlavə edib ki, məişət zorakılığı sahəsində qurumlar bir-biri ilə əlaqəli şəkildə işləməli, qabaqlayıcı sistemlər qurulmalı, insanların hüquqları qorunmalı, zorakılıq qurbanları üçün sığınacaqlar təşkil edilməlidir. Bu baxımdan Azərbaycanda görülən işləri təqdirəlayiq hesab edən B.Osotimehin deyib ki, zorakılıq yerindən, insanların hansı yaşda olmasından, situasiyadan asılı olmayaraq hər yerdə baş verə bilər. BMT rəsmisi hesab edir ki, dövlətlər tərəfindən tədbirlər görülərsə, bu, zorakılığın bütün formalarının aradan qaldırılmasına imkan verər.

Xəbər lenti