Xəzər Xəbər

Məişət zorakılığı ilə bağlı onlayn məlumat bazası yaradılır

Mədəniyyət | 12:27 • 13 Noyabr 2015
Məişət zorakılığı ilə bağlı onlayn məlumat bazası yaradılır

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatların toplanmasına başlanılıb, artıq pilot layihə kimi ilkin onlayn məlumat bazası yekunlaşmaq üzrədir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynovanın sözlərinə görə, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir: "Dövlətin əsas prioriteti qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artmasıdır. Lakin bəzi hallarda qadınlarımızın məlumatsızlığı bir çox çətinliklər yaradır. Eyni zamanda, qadınların iqtisadi cəhətdən gücləndirilməsi də mühüm məsələlərdəndir. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Belə qadınlar fiziki, psixi problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə də üzləşirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür".

Xəbər lenti